
Avropa Liqasının beşinci turunda "Molde" ilə qarşılaşacaq "Qarabağ" 29 noyabr Norveçə yola düşüb.
Ağdam təmsilçisini aparan "Kəlbəcər" adlı təyyarə 11:45-də Bakı Hava Limanından havaya qalxıb.
6 saatlıq uçuşun ardınca hava gəmisi Molde Beynəlxalq hava limanına eniş edib.
"Atlılar" üçün ayrılan xüsusi avtobus təmsilçimizi buradan birbaşa qalacağı otelə aparıb.
"Molde" - "Qarabağ" matçı sabah "Aker stadionu"nda keçiriləcək və Bakı vaxtı ilə 00:00-da görüşə start veriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ
Səfər müddətini özündə əks etdirən görüntüləri aşağıdakı linkdən izləyə bilərsiniz: