COP29

Albaniyalı hücumçu "Qarabağ"a bu məqsədlə transfer olub

1 Aprel 2023 00:30 Qarabağ 2 422
Albaniyalı hücumçu "Qarabağ"a bu məqsədlə transfer olub

"Bu komandada çoxlu qol vuracağıma inanıram.

Hər bir hücumçu kimi mən də bunu istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın albaniyalı legioneri Redon Cica ölkəsinin telekanallarından birinə müsahibəsində deyib.

25 yaşlı hücumçu Ağdam klubunda əsas heyət üzvü olmaq istədiyini bildirib: "Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam".

Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb. O, "Qarabağ"a gələrkən çox yaxşı qarşılandığını söyləyib:

"Açığı, bu cür isti münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım".

Forvard Azərbaycan və Albaniya futbolunu da müqayisə edib: "Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"