
"Hələlik hər şey yaxşı görünür”.
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Redon Cica deyib.
Albaniya mediasına danışan 26 yaşlı legioner Bakıya yeni gəldiyini, yavaş-yavaş şəhərə alışdığını bildirib:
“Düşünürəm ki, adaptasiya prosesi çox tez keçəcək. Açığı, bu transfer baş tutana qədər heç nə bilmirdim.
Oyun günü mənə dedilər ki, hər şey bitdi".