"Olimpiakos" - "Qarabağ" oyunu kimlərə tapşırıldı?

4 Oktyabr 2022 12:40 Qarabağ 732
"Olimpiakos" - "Qarabağ" oyunu kimlərə tapşırıldı?

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyununun hakim təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapışırılıb.

Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq