Tanınmış “Qarabağ”lı özünə klub tapdı, haqqında elə sözlər yazıldı ki...

2 Oktyabr 2022 20:20 Qarabağ 7 134
Tanınmış “Qarabağ”lı özünə klub tapdı, haqqında elə sözlər yazıldı ki...

“Qarabağ”dan tanıdığımız Xayme Romeronun işsiz günləri başa çatıb.

Bu ilin mayında “köhlən atlar”la müqaviləsi başa çatan və Azərbaycanı tərk edən ispaniyalı futbolçu karyerasını yenidən vətənində davam etdirəcək.

32 yaşlı “solaxay” Sequndada iştirak edən “Kartaxena” ilə 1 illik müqavilə bağlayıb.

Xaymeni təbrik edənlər arasında “Qarabağ”da oynadığı dönəmdə dostluq etdiyi Kevin Medina da gözə dəyib. Kolumbiyalı müdafiəçi sabiq komanda yoldaşını “papa” adlandıraraq, ona uğurlar arzulayıb:

“Uğurlar, papa. Allah karyerandakı yeni çağırışında sənə kömək olsun!”

“Kartaxena” yeni transferi kluba məxsus formada yox, “Qarabağ”ın geyimində təbrik edib ki, “instagram”dakı həmin paylaşıma xeyli sayda azərbaycanlı şərh yazıb.

Böyük əksəriyyət Romeroya karyerasındakı yeni səhifədə uğurlar arzulayıb.

Lakin aralarında bəziləri onun “Qarabağ” səviyyəsində oyunçu olmadığını və hədsiz zədəyə meylli olduğunu deyərək Azərbaycanı tərk etməsinin doğru qərar olduğunu yazıb.

Yarımmüdafiənin sol cinahında görməyə alışdığımız futbolçu “Qarabağ”da çıxış etdiyi 3 ildə meydana çıxdığı 69 oyunda 14 qol vurub, 16 asisst müəllifi olub.

Xayme 2 dəfə Azərbaycan çempionu, 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti