Premyer Liqa “xəstə”dir, Divizion “ölüb” - Dövlətin işə baş qoşma vaxtıdır

16 Oktyabr 2021 23:00 Qarabağ 785
Premyer Liqa “xəstə”dir, Divizion “ölüb” - Dövlətin işə baş qoşma vaxtıdır

Yazmaqdan keçib artıq.

Ölkədə futbolun anasınının ağladığını az qala Xəzərdəki balıqlar da bilir.

Hər dəfə milli komandalar oynayanda, "Qarabağ" istisna olmaqla klublarımızın avrokubok matçlarında və digər bütün hallarda Azərbaycanda bu idman növünün faciə vəziyyətində olduğu bir daha təsdiqlənir.

Uşaq futbolu düzgün idarə edilmir, ölkənin yarıdan çoxunda inventar problemi var; regionda futbol yoxdu; infrastruktur yalnız bəlli ərazilərdə var, geniş yayılmayıb;

Premyer-Liqa xəstədi, I Divizion ölüb; ölkə xaricində işləyən məşqçi, mütəxəssislərimiz yoxdu; futbolçuları az qala "döyə-döyə" kənara çıxardırıq; hakimliyimiz sadəcə statistika üçün var və ancaq səhvlərlə gündəmə gəlir; media ikiyə - dost və düşmənə böldürülüb, tənqidçi jurnalistlərə ağır təzyiqlər edilir; veteran futbolçular laldılar, danışanda da yalnız öz məqsədlərini güdüb istədiklərini alıb, susurlar; sanballı idarəçi kadrlar yetişdirilməyib, əsas sponsorlarından biri olmağımıza rəğmən UEFA bizi hər imkanda əzir, əleyhimizə olan qərarlar verir, sözümüz havada qalır; milli komandanın əksər futbolçuları gəlmə, gətirilmə futbolçulardı, ciddi səhvlərlə yadda qalırlar, faydalı iş əmsalları aşağıdı, bəziləri yalnız pul üçün oynadıqlarını belə etiraf edir, ölkəyə, onun əsas komandasına hörmətsiz yanaşırlar; əcnəbi məşqçilərə inanılmaz pullar verilir, ancaq heç bir nəticə əldə olunmur; azarkeşlər hər imkanda küsdürülür, ətraf trollarla doldurularaq aldadıcı effekt yaradılır...

Yoruldum sadalamaqdan. Hələ daha da uzada, çoxalda bilərəm. Azərbaycanda futbol çox ağır zərbə alıb, halsız, ölü vəziyyətindədi və bu durum uzun illərdi belədi.

Mən, biz bunu minlərlə dəfə demiş, yazmış, müxtəlif platformalarda səsləndirmişik. Məsələ bizi aşıb. İndi dövlətin işə baş qoşma vaxtıdı.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"