"Hazırlığımız gərgin və maraqlı keçir" - "Qarabağ"dan

24 İyun 2021 13:20 Qarabağ 675
"Hazırlığımız gərgin və maraqlı keçir" -

"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb: "Məşqlərimiz 1 həftədən çoxdur ki başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti