"Neftçi" "Turan"a uduzdu, futbolçusu referini döydü - VİDEO

1 Dekabr 2020 23:20 Qalmaqal 1 055
"Neftçi" "Turan"a uduzdu, futbolçusu referini döydü -  VİDEO

Özbəkistan Pro-liqasının son turunun "Neftçi" - "Turan" oyunu kütləvi davaya səhnə olub.

Sportinfo.az xəbər verir ki, Superliqaya vəsiqə uğrunda matçda 0:1 hesabı ilə uduzan meydan sahiblərinin futbolçuları final fitinin ardından referiyə hücum edib.

Oyunçulardan biri ayaq zərbəsi ilə referini yerə sərib. Daha sonra Fərqanə təmsilçisinin azarkeşləri də meydana axışaraq davaya qoşulub.

"Neftçi" futbolçularının narazılığının səbəbi hələlik məlum deyil. İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.

Yenildiyi üçün ikinci pillədə qalan "Neftçi" Superliqaya çıxmaq şansını itirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!