Görün, bu arsız erməni nə deyir! - Azərbaycana qarşı təxribat

8 Noyabr 2020 16:00 Qalmaqal 906
Görün, bu arsız erməni nə deyir! - Azərbaycana qarşı təxribat

"Hoffenhaym"ın erməni futbolçusu Sarkis Adamyan "Slovan"a (Çexiya) qarşı Avroliqanın matçından (5:0) sonra Azərbaycana qarşı təxribatçı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, bu görüşdə 2 dəfə fərqlənən Adamyan sport24.ru saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni "qardaş və bacılarına həsr etdiyini" deyib. Bu zaman o, Qarabağın adını "Artsax" kimi qeyd edib:

"Dublumu vətənimə, Artsaxda döyüşən bacı və qardaşlarıma həsr edirəm. Siz hamınız qəhrəmansınız. Sizi bağrıma basıram. Mənim bu qollarım bu çətin günlərdə Ermənistan xalqı üçün kiçik bir hədiyyədir. Erməni qəhrəmanlara eşq olsun. İrəli, Ermənistan. Biz qalıb gələcəyik".

Adamyanın belə açıqlaması təxribat və futbolu siyasətə qatmaqdır. Bu isə FİFA və UEFA-nın qaydalarına ziddir.

Güman etmək olar ki, bu təxribatçı fikirlərdən sonra AFFA futbolçunun cəzalandlrılması üçün UEFA və Almaniya Futbol İttifaqına müraciət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti