"Mən onu komandaya heç xidmətçi kimi də işə götürmərəm"

3 Noyabr 2020 20:20 Qalmaqal 892
"Mən onu komandaya heç xidmətçi kimi də işə götürmərəm"

“Betis”in kaapitanı Xoakin “Barselona”nın baş məşqçisi Ronald Kuman haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, 2007/2008 mövsümündə “Valensiya”da Kumanın rəhbərliyi altında çıxış edib.

39 yaşlı vinger niderlandlı mütəxəssisi kəskin tənqid edib:

“Kuman? Bu, mənim karyeramda xoş olmayan anlar idi. Amma mən həmişə demişəm ki, o vaxt baş verənlərin ən yaxşısını xatırlamaq lazımdır.

Bu problem barədə danışmaq istəmirəm, ancaq düzünü desəm, orada baş verənlər mənə zərər verdi, özümü yetərincə pis hiss etdim.

Onu “Betis”də məşqçi kimi qəbul edərdimmi? Hətta xidmətçi kimi də işə götürməzdim. Görüşəndə onun əlini sıxaram? Nə mən, nə də o, bunu edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti