Ronaldo amerikalı modelə etdiyi təcavüzə görə... - FOTO

6 Oktyabr 2020 20:20 Qalmaqal 4 597
Ronaldo amerikalı modelə etdiyi təcavüzə görə... - FOTO

"Yuventus"un futbolçusu Kriştianu Ronaldo tərəfindən təcavüzə uğradığını iddia edən amerikalı model Ketrin Mayorqa əqli qabiliyyət testindən keçəcək.

Sportinfo.az xəbər verir ki, prosedur qadının baş vermiş hadisəni açıqlamamaq üçün ona təklif olunmuş 375000 dollarını alarkən bütün şərtləri başa düşüb-düşməməsini müəyyənləşdirmək üçündür.

36 yaşlı model bu müqavilənin şərtlərini yetərincə anlamadığını sübut etməyə çalışır. Qadın bu məqsədlə Las-Veqas məhkəməsinə çıxacaq. O, istəyinə çatsa, 35 yaşlı forvard açıq iclasda ifadə vermək üçün məhkəməyə çağırıla bilər.

3 il öncə "Spiegel" nəşri Kriştianu Ronaldunun 2010-cu ildə təcavüz ittihamlarından yayınmaq üçün Ketrin Mayorqaya 375 000 ABŞ dolları ödədiyini yazıb. Hadisənin 2009-cu ilin yayında futbolçunun qardaşı və əmisi oğlu ilə birlikdə tətildə olduğu Las-Veqasda baş verdiyi qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti