Mühafizəçini öldürən çempion güləşçini edam etdilər - İranda

12 Sentyabr 2020 15:46 Qalmaqal 1 086
Mühafizəçini öldürən çempion güləşçini edam etdilər - İranda

Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari bu gün səhər saatlarında edam edilib.

Sportinfo.az xəbər verir ki, onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb.

İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü vermişdi.

Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində mühafizəçini öldürmədiyini bildirmişdi.

ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti