Millimizin eks üzvünün valideynləri Dubayda həbs edildi - Uşaqlarını əlindən almaq istəyirlər

10 Sentyabr 2020 19:02 Qalmaqal 1 393
Millimizin eks üzvünün valideynləri Dubayda həbs edildi - Uşaqlarını əlindən almaq istəyirlər

Sportinfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı gimnast Zeynəb Cavadlının valideynləri Dubayda yerli polis tərəfindən həbs edilib.

Bu barədə məlumatı "yenisabah"a jurnalist Laçın Səmla verib.

Onun sözlərinə görə, həbsin səbəbləri bəlli deyil. Jurnalist əlavə edib ki, millimizin sabiq üzvünün övladlarını da əlindən almaq istəyirlər.

Gimnast özü də bu barədə sosial şəbəkədə paylaşım edib. Lakin Zeynəb Cavadlı baş verənlərin səbəblərinə aydınlıq gətiməyib.

Zeynəb Cavadlı 1999-2012-ci illərdə Azərbaycanın bədii gimnastika yığmasının tərkibində çıxış edib. Dünya və Avropa çempionatlarının, eləcə də müxtəlif mötəbər turnirlərin gümüş və bürünc mükafatçısıdır.

2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətinə son verərək məşqçilik karyerasına başlayıb. 2013-cü ildə özünün gimnastika məktəbini açıb.

Zeynəb Cavadlı 2015-ci ildə Dubay əmirinin qardaşı oğlu Səid Əl Məktumla ailə həyatı qurub. Onlar həmin ilin mayında Qəbələdə stend atıcılığı turnirində tanış olublar.

2016-cı ildə Əl Məktumla birgə nikahdan qızı Sana dünyaya gəlib. Uşaq Səidin nənəsinin adını daşıyır. 2017 və 2019-cu illərdə isə onların daha iki övladı dünyaya gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı