Paytaxtda futbol oynayan yerdə güllələdilər! - FOTO

29 Mart 2020 09:28 Qalmaqal 595
Paytaxtda futbol oynayan yerdə güllələdilər! - FOTO

Rusiyanın paytaxtı Moskvada uşaq meydançalarından birində futbol oynayan 10 yaşlı uşaq güllələnib.

Sportinfo.az xəbər verir ki, ilkin məlumata görə, məktəbli oğlana Daşkənd küçəsində futbol oynayarkən travmatik silahdan atəş açıblar.

Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb.

Hazırda Rusiya məktəblərində yaz tətilidir. Tətil müddəti koronavirus səbəbindən 23 martdan aprelin 12-dək uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti