Bakıda keçirilən DÇ-nın qalibi intihara cəhd etdi - FOTO

6 Fevral 2020 22:40 Qalmaqal 793
Bakıda keçirilən DÇ-nın qalibi intihara cəhd etdi - FOTO

Üçqat dünya çempionu və dəfələrlə Avropa çempionu olmuş məşhur rusiyalı gimnast Aleksandra Soldatova Moskvada özünə qəsd edib.

Sportinfo.az xəbər verir ki, o, sol əlində dərin kəsik yarası ilə xəstəxanaya çatdırılıb.

Onda, həmçinin, bulimiya müəyyən edilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Özünəqəsdlə bağlı polis təhqiqatlara başlayıb.

Aleksandra Soldatova Bakıda keçirilən Dünya və Avropa çempionatlarının iştirakçısı olub. 2019-cu ildə Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında lentlə yarışlarda Aleksandra Soldatova fəxri kürsünün ilk iki pilləsinə qalxmışdı.

Ancaq Portuqaliyada turnirdə huşunu itirdikdən sonra Bakıda keçirilən Dünya çempionatında iştirak edə bilməmişdi. Onu da xatırladaq ki, Aleksandra Soldatova 2017-ci ildə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti