Dünya idmanı bu ölüm hadisəsi ilə sarsıldı! - FOTO

27 Yanvar 2020 00:28 Qalmaqal 838
Dünya idmanı bu ölüm hadisəsi ilə sarsıldı! - FOTO

İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, Milli Basketbol Assosasiyasında "Los-Anceles Leykers"də forma geyinmiş Kobi Brayant vəfat edib.

Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan helikopter Kaliforniyada qəzaya uğrayıb. Brayantla yanaşı, daha 4 insan vəfat edib.

"La Times"ın məlumatına görə, Kobe "Los-Anceles Leykers"in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna ilə birgə görünmüşdü. Ehtimallara görə, onun qızı da vəfat edənlərdən biridir.

1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobi ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti