İdman direktoru baş məşqçi ilə əlbəyaxa oldu - QALMAQAL

13 Yanvar 2020 19:21 Qalmaqal 1 523
İdman direktoru baş məşqçi ilə əlbəyaxa oldu - QALMAQAL

"Bordo"ya 2019-cu ilin martından baş məşqçilik edən Paulo Souza klubun idman direktoru Eduardo Masiya ilə savaşıb.

Sportinfo.az xəbər verir ki, mübahisənin əsası 2 gün əvvəl - Liqa 1-in 20-ci turunun "Lion"la ev qarşılaşmasında qoyulub.

Doğma meydanda qonaqlara məğlubiyyəti həzm etməyən idman direktoru oyun başa çatan kimi Souzanın üzərinə yeriyib. Hərçənd "Bordo" ilk hissədən sonra 1:0 hesabı ilə irəlidə idi. Sonradan 2 top buraxaraq "şirlər"ə uduzması tərəflər arasında qarşıdurma yaradıb.

Taktikanı düzgün seçə bilmədiyinə görə idman direktorunun sərt tənqid etdiyi 50 yaşlı portuqaliyalı mütəxəssis Masiyaya transfer siyasətini uğurla aparmamasını deyərək ona əl atıb. Söz "atışması"ndan çıxan tərəflərin əlbəyaxa davaya keçməsini son anda klubun iunzibatçıları önləyiblər.

"Jirondinlər" 20 turdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu