Erotik videosu yayılan baş məşqçi qovuldu!

12 Yanvar 2020 15:00 Qalmaqal 1 260
Erotik videosu yayılan baş məşqçi qovuldu!

"Malaqa" baş məşqçisi Viktor Sançeslə yollarını ayırıb. Sportinfo.az-ın İspaniya mətbuatına istinadən xəbər verir ki, buna çalışdırıcının internetdə yayılan qeyri-etik videosu səbəb olub.

İnternet istifadəçilərindən biri Sançesin şəxsi messencerindən məşqçinin cinsiyyət orqanını göstərdiyi videonu sosial şəbəkələrdə yayıb.

Nəticədə klub rəhbərliyi mütəxəssisin komandadan kənarlaşdırılmasına qərar verib: "Klub bütün gücünü səfərbər etdi ki, məsələni dostluq çərçivəsində danışıqlar yolu ilə həll etsin. Bütün səylərimizə baxmayaraq, buna nail ola bilmədik. Klub bu qərarı məşqçinin idmanla əlaqəli olmayan hadisə nəticəsində "Malaqa"ya vurduğu ciddi ziyanı nəzərə alaraq qəbul etdi".

Qeyd edək ki, Sequndada mübarizə aparan "Malaqa" 22 turdan sonra 23 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq