Əfsanəvi futbolçu nasist salamına görə cəzalandırıldı

26 Noyabr 2019 13:04 Qalmaqal 596
Əfsanəvi futbolçu nasist salamına görə cəzalandırıldı

Niderland millisinin sabiq hücumçusu və baş məşqçisi, əfsanəvi Marko van Basten cəzalandırılıb.

Sportinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, "Fox Sports"da şərhçilik edən veteran futbolçu efirdə nasist salamı verdiyi üçün telekanaldan bir həftəlik kənarlaşdırılıb.

Onun bir həftəlik maaşı Hərbi Sənədlər İnstitutuna köçürüləcək. Telekanalın aparıcısı Hans Kray "Ayaks" - "Herakl" oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Frank Bormutdan alman dilində müsahibə götürən zaman həmkarının tələffüzünü şərh edən van Basten ona nasist salamı vermişdi. O, daha sonra uğursuz zarafatına görə üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"