Oladan qalmaqallı açıqlama - "TƏBRİK EDİRƏM, BİABIRÇILIQ İDİ"

11 Noyabr 2019 16:25 Qalmaqal 920
Oladan qalmaqallı açıqlama -

"Lion"un prezidenti Jan-Mişel Ola Liqa 1-in 13-cü turunun "Marsel"lə səfər görüşündən sonra qalmaqallı açıqlamalar verib. Sportinfo.az xəbər verir ki, 30 ildir "şirlər"ə rəhbərlik edən biznesmen "Marsel"in ünvanına xoşagəlməz fikirlər səsləndirib.

Maraqlıdır ki, 70 yaşlı iş adamı komandasının məğlubiyyətini normal qarşıladığını deyib:

"Əlbəttə, "Marsel"in layiqli qələbə qazanmasına kölgə salmaq istəmirəm. Sadəcə, bir neçə məqam var ki, mütləq deməliyəm. Çünki rəqib bizə normal futbol oynamaq üçün imkan yaratmadı. Əvvəla, oyun başlamazdan marselli azarkeşlər bizim avtobusa hücum çəkərək komandanı təhdid etdilər. Ardından görüşün hakimliyi çox bərbad oldu, bir neçə epizodda əleyhimizə yanlış qərarlar verildi. Halbuki VAR sisteminə müraciət edilsəydi, həqiqəti özünüz görəcəkdiz. Rəqib futbolçuların topdaşıyan uşaqları öyrətməsi isə..."Marsel"i "təbrik edirəm", topdaşıyanları öyrədirdilər ki, bizə top verməsinlər. Bu, sadəcə, biabırçılıq idi".

İlk hissədə qapısından 2 top buraxan "Lion" 59-cu dəqiqədə fərqi azaltsa da, az sonra "Marsel"in 1 nəfər azlıqda qalmasından yararlana bilməyib - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi