19 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində siqaret qalmaqalına görə cəzalandırılan oyunçulardan birinin adı dəqiqləşib.
Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Opava şəhərində yığmanın qaldığı oteldə siqaret çəkənlərdən biri "Keşlə"nin qapıçısı Əkbər Vəliyev olub.
Gənc qolkiper Samir Əliyevin açıqladığı ilk heyətdə olmayıb. O, "Sabah"ın qapıçısı Rüstəm Samiqullinin zədələnməsindən sonra milliyə dəvət edilib.
Qeyd edək ki, siqaret qalmaqalında adı hallan digər 3 futbolçunun isə "Səbail", "Qarabağ" və "Qəbələ"nin üzvləri olduğu iddia olunur.

