Lənkəran stadionunda dava - "Məcbur edirlər ki, söyüş söyəsən"

22 Oktyabr 2019 10:54 Qalmaqal 1 049
Lənkəran stadionunda dava - "Məcbur edirlər ki, söyüş söyəsən"

Məlum olduğu kimi, U-17 liqasının son turunda keçirilən “Xəzər Lənkəran” - “Kəpəz” oyununda (1:2) qalmaqal yaşanıb. Lənkəranda keçirilmiş matçda yerli futbolçular və fanatlarla qonaq komandanın qapıçısı Cavid Qurbanov arasında dava düşüb.

Fanatlar oyun ərzində qolkiperi söyüb və ona su qabı atıblar. Matç bidikdən sonra isə azarkeşlər meydana daxil olub və hər iki komandanın futbolçuları davaya qoşulub.

Əvvəlcə lənkəranlı futbolçu, ardınca isə fanatlar Qurbanovu vurub. O, özünü müdafiə etmək üçün qarşılıq verib. Baş hakim azarkeşi vurduğu üçün Cavidə qırmızı vərəqə göstərib.

Stadionda az sayda polis və mühafizə xidmətinin əməkdaşı olduğundan kütləvi davanın qarşısını vaxtında ala bilməyiblər. “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu insidentlə bağlı Sportinfo.az-a açıqlama verib.

O, hadisənin təxribatçılar tərəfindən törədildiyini bildirib: “Öncə xüsusi qeyd edim ki, “Kəpəz“dən öncə U-17 komandamız evdə “Zirə“ ilə qarşılaşdı və oyunu 1500 azarkeş izləyib. 1:4 hesabı ilə məğlub olsaq da, həmin oyunda heç bir insident yasanmadı.

Deməli, “Kəpəz“lə matçda baş verənləri “məğlubiyyəti həzm edə biıməyən azarkeşlər“ ifadəsi ilə təqdim etmək böyük yanlışlıqdır. Bu oyunda cəmi 150-yə yaxın yeniyetmə azarkeş vardı. Onlar da özlərini ilk dəqiqələrdən çox mədəniyyətsiz aparırdı.

Ona görə baş verənlərdə rəqib komandanı, yaxud hakimləri ittiham etməklə məsuliyyəti bölmək düzgün olmaz. Bu uşaqlar oyunun sonunda ümumiyyətlə, nəzarətdən çıxdılar və oturacaqları meydana atmaga başladılar.

Klubun mühafizəçiləri nə qədər cəhd etsələr də, onları sakitləşdirə bilmədilər. Meydanda baş verən insident vaxtı arxa qapıdan başqa bir dəstənin stadiona daxil olması xəbəri gəldi. Polislər sag olsun, vaxtında özlərini ora yetirdilər. Çünki o hissədə soyunub-geyinmə otaqları və rəqib komandanın avtobusu vardı.

Özüm Lənkəranda yasayıram və hamı məni, mən də bizim uşaqdan-böyüyə bütün azarkeşləri tanıyıram. Bu uşaqları tanımadım. Sizcə, yerli azarkeş öz klubunun bazasına daş atar? Bunlar bazaya da daş atırdı. Kameraları incələyib hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürük.

Bəzi mətbuat orqanları yazır ki, oyunda təcili yardım olmayıb. Bu, artıq insanı məcbur edir ki, söyüş söyəsən. Çünki təcili yardım maşını olmasa, hakim oyunu başlamır.

Mən isə ilk hissəni tam olaraq təsadüfdən təcili yardım maşının yanında izləmişəm. Oturub hərə evindən bir sayt işlədir. Sənə hadisənin necə baş verməsi maraqlıdırsa, niyə maraqlanmayıb, özündən ya hər agızdan eşitdiyini yazırsan?“

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti