Bakıda tanışını bıçaqlayan xanım futbolçuya hökm oxundu

22 Oktyabr 2019 00:30 Qalmaqal 811
Bakıda tanışını bıçaqlayan xanım futbolçuya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, S.Kurdyukova məhkəmə qarşısında cavab verib. İttihama görə, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı, tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlanıb.

Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

Məhkəmənin hökmü ilə S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması ilə bağlı cəza verilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti