PFL rəsmisi: "Hər hansı tələbləri varsa, yerinə yetiririk"

21 Oktyabr 2019 19:11 Qalmaqal 1 204
PFL rəsmisi: "Hər hansı tələbləri varsa, yerinə yetiririk"

Məlum olduğu kimi, AFFA-nın nəzdində danışılmış oyunlarla bağlı xüsusi komissiya və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan federasiyaya daxil olan məlumatlara əsasən, "Ağsu"nun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edilib.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Məsələ ilə bağlı Sportinfo.az saytına açıqlama verən Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev araşdırmaların davam etdiyini və klubla bağlı hələlik bir qərarın olmadığını deyib.

"Ağsu"nu hansı cəzanın gözlədiyini indidən deyə bilmərəm. Bu, eləcə də adıçəkilən futbolçularla bağlı məsələ İntizam Komitəsinin yekun qərarından sonra məlum olacaq. AFFA-da xüsusi komissiya fəaliyyət göstərir, məsələni orada araşdırırlar. Mənim özümdə konkret məlumatlar yoxdur, çünki o araşdırma qrupunun içərisində yer almıram. Sadəcə olaraq, əməkdaşlıq edirik, hər hansı tələbləri varsa, yerinə yetiririk".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti