İngiltərənin səviyyəcə 2-ci liqası Çempionşipin 12-ci turunda qalmaqal yaşanıb.
Sportinfo.az xəbər verir ki, "Lids Yunayted" - "Birmingem" qarşılaşmasında azarkeşlər arasında kütləvi dava qeydə alınıb.
Matçın start fiti verilən kimi "Lids"in azarkeşlərindən biri meydana daxil olmağa cəhd edib. Mühafizəçilər onu uzaqlaşdırmaq istəyəndə Birmingemdən gəlmiş azarkeşlər həmkarına kömək məqsədilə əvvəlcə asayiş keşikçilərinin, sonra yerli fanatların üstünə hücum çəkib. Bu zaman ara qarışıb.
Əlavə mühafizə qüvvələrinin köməkliyi ilə təhlükəsizlik bərpa edilib, bir qadın ağır xəsarətlər alıb. Görüş meydan sahiblərinin fasilədən sonra vurduğu yeganə qolla - 1:0 başa çatıb.

