APOEL-də qarşıdurma: "Mən toxunulmazam" - FOTO

20 Oktyabr 2019 11:42 Qalmaqal 629
APOEL-də qarşıdurma: "Mən toxunulmazam" - FOTO

Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 24-də Bakıda "Qarabağ"ın qonağı olacaq APOEL-də bəzi futbolçular baş məşqçi Tomas Dolldan narazıdır.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, onlardan biri komandanın aparıcı üzvü Musa Əl-Tamaridir. İordaniyalı yarımmüdafiəçici dünən Kipr çempionatının VI turunun "Doksa" ilə oyununda əvəzlənməsinə etirazını bildirib. 22 yaşlı vinger "İnstagram" hesabında paylaşım edərək, almaniyalı məşqçiyə söz atıb:

"Bütün bunlar məni daha da güclü edir. Qulaq as, mən toxunulmazam! Hər gün özümə söz verirəm ki, daha yaxşısını edəcəm və bu vədi heç vaxt pozmayacam. Hər zaman özümə güvənirəm".

Qeyd edək ki, Tamari "Doksa" ilə matçda zəif təsir bağışladığı üçün 65-ci dəqiqədə Antonio Jakolislə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı