"Vaqif Heydərlidən şikayətim yoxdur" - BUDAQIN ATASI TƏKZİB ETDİ

17 Oktyabr 2019 10:05 Qalmaqal 991
"Vaqif Heydərlidən şikayətim yoxdur" - BUDAQIN ATASI TƏKZİB ETDİ

"Mən Vaqif Heydərlidən şikayətçi ola bilmərəm. Ona yeganə iradım odur ki, gərək o vaxt oğlumu "Sportinq"ə aparanda mənimlə məsləhətləşərdi". - Sportinfo.az xəbər verir ki, bu açıqlamanı "Futbol+" qəzetinə futbolçu Budaq Nəsirovun atası Hikmət Nəsirov verib.

Hikmət Nəsirov oğlunun meneceri Vaqif Heydərlinin "Sportinq"in hər ay onlara ödədiyi puldan 1500 avronun mənimsəməsi, həmçinin Budaqın Türkiyəyə yollanması barədə "facebook"da yazılanları yalanlayıb: "Vaqif Heydərlinin hər ay bizə çatacaq puldan 1500 avronu mənimsəməsi haqda heç bir xəbərim yoxdur. Eləcə də oğlumun guya Türkiyədəki "Pelikan" agentliyi ilə müqavilə bağlamasından da xəbərsizəm. Budaq hazırda Portuqaliyadadır və orada başqa sahədə çalışır. O, dostları ilə məşq də edir, qış "transfer pəncərəsi"nin açılmasını gözləyir. Onun Türkiyə ilə heç bir əlaqəsi yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti