İran Futbol Federasiyası cəza verdi - Türkiyəyə görə

16 Oktyabr 2019 12:42 Qalmaqal 687
İran Futbol Federasiyası cəza verdi - Türkiyəyə görə

İran Futbol Federasiyası “Barış Pınarı”na dəstək olan “Traktor”un üzvü Mehdi Bebrini cəzalandırıb. Sportinfo.az xəbər verir ki, federasiya açıqlamasında Təbriz klubunun futbolçusu ilə bağlı bunları qeyd edib:

“Traktor”un üzvü Mehdi Bebri idmanla əlaqəsi olmayan davranışına görə bir müddət futboldan uzaqlaşdırılıb".

Bebri “İnstagram”da hekayə bölümündə Türkiyə bayrağını paylaşmışdı. Onu buna görə təhqir edən “Sanat Naft Abadan”ın futbolçusu Şirvan Qurbani də futboldan kənarlaşdırılıb.

Mehdi Bebri Türkiyə bayrağını paylaşdığı üçün çoxlu təhdidlər alıb.

Daha öncə Almaniyanın “Sankt-Pauli” klubunun futbolçu Cenk Şahin Türkiyə ordusunun Suriyada keçirdiyi “Pınar hərəkatı”na dəstək olduğu üçün klubdan göndərilmişdi. O, “Başakşəhər” klubunda məşqlərə başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti