Nazir türkiyəli futbolçuların cəzalandırılmasını tələb edir

15 Oktyabr 2019 11:46 Qalmaqal 534
Nazir türkiyəli futbolçuların cəzalandırılmasını tələb edir

Fransanın idman naziri Roksana Marasinyanu Türkiyə milli komandasının cəzalandırılmasını tələb edir.

Sportinfo.az xəbər verir ki, əslən rumıniyalı nazir "twitter" səhifəsində türkiyəli futbolçuların hərbi salama görə cəzaya məruz qalmasının vacibliyini yazıb:

"Fransa Futbol Federasiyasına və polisə təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyinə görə, təşəkkür edirəm. Türkiyəli futbolçular idman prinsiplərinin ziddinə gedərək, hərbi salam verdilər. UEFA-dan xahiş edirəm ki, bu məsələni araşdırsın".

Fransa - Türkiyə matçında (1:1) qonaq komandanın futbolçuları qoldan sonra künc bayrağı yaxınlığında hərbi salam veriblər. Fransa televiziyası bu kadrları efirə verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti