35 yaşlı braziliyalı futbolçu qəzaya düşdü - FOTO

12 Oktyabr 2019 15:01 Qalmaqal 575
35 yaşlı braziliyalı futbolçu qəzaya düşdü - FOTO

"Korintians"ın mərkəz müdafiəçisi Ralf de Souza Telyeş avtomobil qəzasına düşüb, bir nəfər ağır yaralanıb.

Sportinfo.az xəbər verir ki, hadisəyə səbəbkar 35 yaşlı futbolçunun sürücüsü olub.

Ralfın özü, qardaşı və atasının arxa oturacaqda əyləşdiyi avtomobili yüksək sürətlə idarə edən sürücü idarəetməni itirərək avtobus dayanacağına, ardınca isə qaraja çırpılıb. Nəticədə bir nəfər ağır bədən xəsarəti alıb. Xəstəxanaya çatdırılan 69 yaşlı piyadaya ayaq sınığı diaqnozu qoyulub.

Braziliyalı futbolçu ailəsi və polislərin köməyilə avtomobili qarajdan çıxarıb. Ralfın yüngül şok keçirdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib