But içkili vəziyyətdə qəza törədib, hadisə yerindən qaçdı

6 Oktyabr 2019 13:52 Qalmaqal 582
But içkili vəziyyətdə qəza törədib, hadisə yerindən qaçdı

Novorossiysk şəhər Dumasının deputatı Vitali But qəza törədib. Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötənlərin tanınmış futbolçusu piyada keçidində uşağı avtomobili ilə vurub və hadisə yerindən qaçıb.

Hadisə zamanı But "Range Rover"in sükanı arxasında içkili vəziyyətdə olub. Onun haqqında Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi başlanılıb - qəzadan sonra qaçmaq və içkili vəziyyətdə avtomobili idarə etmək.

Vitali But Dortmund "Borussiya"sında Çempionlar Liqasının qalibi olmuş Vladimirin böyük qardaşıdır. Vitali Moskva "Dinamo"su, "Lokomotiv", Çernomorets", "Arsenal Tula" kimi klublarda çıxış edib. O, Rusiyanın U-21 yığmasında 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib