"Düdelanj" "Qarabağ"dan üzr istədi - FOTO

5 Oktyabr 2019 22:50 Qalmaqal 656
"Düdelanj" "Qarabağ"dan üzr istədi - FOTO

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la oyunundakı məlum hadisəyə görə Azərbaycan təmsilçisindən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, Lüksemburq klubu rəsmi "Twitter" hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib:

"Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq".

Qeyd edək ki, sözügedən matçın ilk hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar paltardəyişmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş “Qarabağ”ın soyunub-geyinmə otağına gələrək futbolçulardan üzr istəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti