"Baş məşqçi hansı mövqedə oynadığımı məndən soruşur" - "Səbail"in legioneri

5 Oktyabr 2019 12:25 Qalmaqal 746
"Baş məşqçi hansı mövqedə oynadığımı məndən soruşur" -

"Millidə oynamaqdan imtina etməmişəm. Sadəcə, indi orada çıxış etmək üçün bir səbəb görmürəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk "moldfootball.com" saytına açıqlamasında deyib. Moldova millisinin düşərgəsini özbaşına tərk etməsinin səbəbini açıqlayan futbolçu bunu baş məşqçi Semyon Altmanla əlaqləndirib:

"Yığmada baş məşqçi hansı mövqedə oynadığımı bilmir. Bunu məndən soruşur. Hansı komandada çıxış etdiyimi, necə oynadığımı, meydanda nə etdiyimi, nə cür çalışdığımı bilmir. Orada hansı rəqabətdən söhbət gedə bilər? Hər şey ədalətli olsa, millidə oynamaq istəyərəm. Bunun üçün gərək, sağlam rəqabət olsun, əziyyətimi qiymətləndirsinlər. Daha mənim necə oynadığımı görməzdən gəlməsinlər və rəqabətdə uduzduğumu deməsinlər. Hələ belə şey görməmişdim".

Qeyd edək ki, Koçuk AVRO-2020-nin seçmə mərhələsinin Türkiyə ilə oyunu (0:4) öncəsi millinin düşərgəsini özbaşına tərk etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti