"Qarabağ"dan təxribatla bağlı RƏSMİ açıqlama

4 Oktyabr 2019 00:34 Qalmaqal 586
"Qarabağ"dan təxribatla bağlı RƏSMİ açıqlama

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"la keçirilən oyundakı erməni təxribatı ilə bağlı məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi "Facebook" səhifəsindəki açıqlamada deyilir:

"Düdelanj" - "Qarabağ" matçında Komandamızın ikinci qolundan sonra stadionda baş verən təxribatçı hərəkətlərə və qondarma ölkənin bayrağının stadiona gətirilməsinə görə qarşılaşmada 20 dəqiqəlik fasilə yaranıb və UEFA-nın təcili iclası keçirilib. Lüksemburqun idman naziri stadionda çıxış edərək, ölkələrinin adından bütün Azərbaycan xalqından üzr istəyib və bu hadisənin onlardan asılı olmayan səbəbə görə baş verdiyini bildirib. Və bu məsələdə əli olanların ən qısa zamanda tapılacağı və cəzalandırılacağı da bildirilib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti