"Brügge"nin futbolçusu "Real"a söz atdı: "VAR sağ olsun"

2 Oktyabr 2019 17:38 Qalmaqal 666
"Brügge"nin futbolçusu "Real"a söz atdı:

"Brügge"nin müdafiəçisi Simon Deli Çempionlar Liqasının qrup mərhələsinin II turunun "Real"la oyunundakı (2:2) hakim idarəçiliyini tənqid edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bununla bağlı "İnstagram" hesabında kinayəli paylaşım edib.

O, "kral klubu"nun müdafiəçisi Serxio Ramosun ofsayddan vurduğu qolu hesaba alan VAR hakimlərinə "təşəkkür"ünü bildirib: "Növbəti dəfə böyük klubu xilas etdiyinə görə VAR-a təşəkkür edirəm".

Deli daha sonra paylaşımı silib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib