Qalmaqallı hakimin FİFA dərəcəsi əlindən alındı

29 Sentyabr 2019 15:12 Qalmaqal 441
Qalmaqallı hakimin FİFA dərəcəsi əlindən alındı

Bu yay Amerika kubokunda (Copa America) Braziliya və Argentina yığmaları arasında yarımfinal oyununu idarə etmiş Roddi Sambrano FİFA hakimliyindən kənarlaşdırılıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Ekvador Futbol Federasiyası ali futbol qurumuna göndərdiyi siyahıya yerli hakimin adını salmayıb.

Qeyd edək ki, Braziliya seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Argentina yığmasının kapitanı Lionel Messi Sambranonu qərəzli idarəçilikdə günhalandırmış, eyni zamanda Amerika Futbol Konfederasiyasını (KONMEBOL) korrupsiyada ittiham etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti