Hollandiya "Roda"sının azarkeşləri ilə klubun sahibi Maurisio Qarsiya arasında konflikt davam edir.
Sportinfo.az xəbər verir ki, yerli fanatlar meksikalı iş adamını bu yay kluba pul ayırmamaqda ittiham edir.
Daha öncə "Roda"nın başqa bir səhmdara satılmasını tələb edən tərəfdarlar idarə heyətinin üzvlərinə açıq məktub yazıblar. Dünən isə bir qrup azarkeş Qarsiyanın stadiondakı ofisinə daxil olaraq, onu oradan qovublar.
Hazırda ikinci divizionda çıxış edən "Roda" 8 oyundan sonra 6 xalla 20 komanda arasında 16-cı pillədə qərarlaşıb.

