Qana mətbuatı "Səbail"in dünyaca məşhur yarımmüdafiəçisi Maykl Esyenin keçmiş sevgilisi Nadia Buari ilə səmimi fotolarını yayıb.
Sportinfo.az "yen.com.gh" saytına istinadən xəbər verir ki, cütlük 2012-ci ildə gözlənilmədən ayrılıb.
Nadia ilə münasibətinə son qoyan Esyen 1 il sonra Akoşua Puni adlı xanımla evlənib. Afrikalı futbolçunun iki övladı var.
Qeyd edək ki, Esyen ailə qurduqdan sonra Prinses Şenqllə də eşq yaşayıb. Qambiyalı aktrisa futbolçu ilə münasibətdə olduğunu 2018-ci ildə canlı efirdə etiraf edib. Hətta bu hadisədən sonra futbolçunun xanımı Puni evi tərk edib. Ancaq cütlük sonra yenidən barışıb.

