2019-cu ilin aprelində Moskva küçələrinin birində avtomobili ilə piyada zolağında ABŞ vətəndaşına yol vermədiyi üçün mübahisə edən, daha sonra isə onu döyən "Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyev yenidən diqqət mərkəzinə düşüb.
Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən hadisəyə görə 4 ay müddətinə sürücülük hüququndan məhrum edilən, bu yaxınlarda isə cəzasını tamamlayan azərbaycanlı futbolçu yenə intizamslıq edib. Bu dəfə sərnişin kimi maşının ön oturacağında əyləşən Quliyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimələnib.
Qeyd edək ki, son vaxtlar Ayazın adı tez-tez müxətlif qalmaqallarda hallanır.

