"Səbail"in kapitanı bada veriləcək? - Eltuna "təzyiq dalğası" başlayıb

19 Sentyabr 2019 10:45 Qalmaqal 571
"Səbail"in kapitanı bada veriləcək? - Eltuna "təzyiq dalğası" başlayıb

"Səbail"in kapitanı Eltun Yaqublu ilə bağlı məlum qalmaqal yeni miqyas alıb.

Bakı Olimpiya Stadionunun əsas meydançasının qaçış zolağına yaxın yerdə avtomobillə hərəkət elədiyi üçün tənqidlərə tuş gələn futbolçuya təzyiqlər başlayıb. Həm AFFA, həm də klubun özü tərəfindən.

Hazırda onun "Səbail"dən uzaqlaşdırılması üçün iş gedir. Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Aftandil Hacıyev də artıq bu "plan"dan xəbərdardır.

Baş məşqçi Yaqublunu itirmək istəmədiyindən komandadaxili toplantı keçirib. Hacıyev kapitana və digər futbolçulara bir müddət sosial şəbəkələrdən istifadə etməyi qadağan edib.

Eyni zamanda, həm bu, həm də milli barədə mətbuata açıqlama verməyi qadağan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti