"Neftçi"nin veteranı "sirri" açdı: "Danışılmış oyun idi" - VİDEO

18 Sentyabr 2019 11:00 Qalmaqal 448
"Neftçi"nin veteranı "sirri" açdı: "Danışılmış oyun idi" - VİDEO

"Neftçi"nin veteran futbolçusu Səməd Qurbanov CBC Sport telekanalında yayımlanan "İmza" verilişinin qonağı olub.

Maraqlı açıqlamalarla zəngin olan verilişdə "Neftçi"nin keçmiş hücumçusu indiyədək "qaranlıq" qalan "futbol sirrləri"ndən birinin üstünə "işıq salıb".

Qurbanov 1974-cü ildə SSRİ çempionatının 1-ci dəstəsində Simferopolun "Tavriya" komandası ilə qarşılaşmanın (6:4) danışılmış oyun olduğunu bildirib.

Sportinfo.az-ın məlumatına görə Ukrayna klubunun oyunçusu Nikolay Klimova bombardirlər cədvəlində 1-ci yerə çıxmaq üçün həmin oyunda 4 qol lazım olub və "Neftçi"nin "sayəsində" "Tavriya"nın hücumçusu "poker" edərək istəyinə çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti