Milli komandanın futbolçusu insanlığa sığmayan iyrənc əməli ilə gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, Paraqvay millisinin yarımmüdafiəçisi Xonatan Fabbro zorlamada günahlandırılaraq 14 illik həbs cəzasına məhkum edilib.
"Lobos BUAP"ın 37 yaşlı futbolçusu öz qohumunu - xaç atası olduğu 6 yaşlı qızı zorlayıb. Buenos-Ayres məhkəməsi faktı təsdiq edib.
O, karyerası ərzində "Boka Xunyors", "River Pleyt" kimi klubların formasını geyinib. Paraqvay millisində 2012-ci ildən oynayan Fabbro 14 görüşdə meydana çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.


