Ukraynanın paytaxtı Kiyevdə 2 silahlı hücum baş verib.
Sportinfo.az xəbər verir ki, terror aktı hesab edilən hücumlar Ukrayna Boks Federasiyasının prezidenti Vladimir Prodivusla bağlıdır.
Partlayış və yanğınla qeydə alınan hadisələrdən biri Pankovskaya küçəsində yerləşən, federasiya rəhbərinə məxsus "Mostobud" şirkətinin binasında baş verib.
Cinayətkar şirkətə məxsus binanı uzaq məsafədən qumbaraatan silahla atəşə tutub. Ölən və yaralanan olmasa da, binanın fasadına, otaqlara ciddi ziyan dəyib.
Digər analoji fakt həmin gecə Prodivus sahibi olduğu "Lvov" otelində olan zaman gerçəkləşib. Lakin qumbaraatan silah vaxtında müəyyən edilərək zərərsizləşdirilib.
Olaylar barədə açıqlama verən federasiya prezidenti bildirib ki, bununla müxalif qüvvələr onu susdurmaq istəyir: "Heç vaxt belə təhdidlərdən qorxmamışam, danışıqlara getməmişəm".

