Polis "Neftçi" azarkeşlərini yenə hədələdi: "İstefa" şüarı qışqırsaz..." - 2 VİDEO+FOTO

26 Avqust 2019 20:10 Qalmaqal 1 161
Polis "Neftçi" azarkeşlərini yenə hədələdi: "İstefa" şüarı qışqırsaz..." - 2 VİDEO+FOTO

Premyer Liqanın 2-ci turunun hazırda davam edən "Zirə" - "Neftçi" qarşılaşmasında azarkeşlər yenə təzyiqə məruz qalıb.

Zirə idman Kompleksində olan "Neftcimania" azarkeş qrupunun üzvlərinin Sportinfo.az-a verdiyi məlumata görə, polislər fasilədə onlara yaxınlaşaraq "İstefa qışqırsaz, söyüş söysəz, satdiondan qovulacaqsız!" xəbərdarlığı edib.

Hazırda ikinci hissəsi davam edən qarşılaşmanın 27-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Bu zaman "Neftçi" azarkeşləri rəhbərliyə etiraz olaraq "Gedin, özünüzə iş tapın", "Neftçi" sizin üçün çörək deyil" kimi şüarlar səsləndirərək "Zirə"nin qoluna "Birini də vur" deyə, seviniblər.

Premyer Liqanın ilk turunun "Neftçi" - "Sabah" (1:1) oyununun fasiləsində məhz bu azarkeşlər "Neftçi" rəhbərliyini istefaya səslədiyi üçün polislər tərəfindən stadiondan uzaqlaşdırılmışdılar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti