
Xəbər verdiyimiz kimi, Premyer Liqanın ilk turunun hazırda davam edən son oyunu - "Neftçi" - "Sabah" qarşılaşmasının ilk hissəsində meydan sahibi komandanın azarkeşləri, xüsusilə də "Neftçimania" azarkeş qrupu klub rəhbərliyi və baş məşqçinin ünvanına "İstefa!, İstefa!" şüarları səsləndirirdilər.
Sportinfo.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, artıq matçda ikinci hissə start götürüb və rəhbərliyi istefaya səsləyən azarkeşlər stadionda görünmürlər. "Neftçi" rəhbərliyi polisə göstəriş verərək, fanat qrupunu "Bakcell Arena"dan kənarlaşdırıb.

