Dünya çempionunun Bakıda həlak olduğu qəzanın YENİ VİDEOSU

18 Avqust 2019 10:20 Qalmaqal 646
Dünya çempionunun Bakıda həlak olduğu qəzanın YENİ VİDEOSU

İyun ayının 30-da özünün idarə etdiyi "Niva" markalı maşınla qəzaya düşüb dünyasını dəyişmiş qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anını əks etdirən yeni video üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu görüntülərdə idmançının idarə etdiyi avtomobilin arxadan zərbə almadığı dəqiq müşahidə olunur.

Məlumat üçün bildirək ki, bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi.

F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti