Millinin üzvləri dənizdə batdı - FOTOLAR

6 Avqust 2019 16:12 Qalmaqal 631
Millinin üzvləri dənizdə batdı - FOTOLAR

Krımda iki idmançı faciəli şəkildə ölüblər.

Sportinfo.az xəbər verir ki, kikboksinq üzrə dünya çempionu Fatima Jaqupova və vitse-çempion Elina Qismeeva dənizdə batıblar.

İdmançılar Krımda təlim-məşq toplanışında olublar. Onlar dənizdə çimmək qərarına gəliblər.

Həmin gün dəniz dalğalı olub və bununla bağlı xəbərdarlıq da edilib. Ancaq idmançılar bu xəbərdarlığa məhəl qoymayıblar.

Hadisə yerinə gələn xilasedicilər idmançılardan birinin cəsədini tapıblar. Hava şəraiti əlverişli olmadığı üçün digər idmançının cəsədini tapmaq hələ ki, mümkün olmayıb.

Elina doqquz qat dünya çempionu Almaz Qismeevin qızıdı.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti