Premyer Liqa komandasında sillə-təpik davası – Cəza buna görəymiş

13 Mart 20:00 Qalmaqal 926
Premyer Liqa komandasında sillə-təpik davası – Cəza buna görəymiş

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Adama Nianeyə sərt üzünü göstərib.

Malili hücumçu məhz Şükürovun istək və tələbinə uyğun olaraq əvəzedici komandaya göndərilib.

46 yaşlı çalışdırıcı komandaya gəldiyin gündən Nianedən narazı imiş.

Məşqlərə başdansovdu yanaşması azmış kimi, oyunlarda real qol imkanlarını sağa-sola xərcləməsi qıcıq doğurub. Adil bəy tələsməyib, vəziyyətin yaxşıya doğru düzələcəyinə ümid edib.

Düzəlmək əvəzinə daha da pisə gedib. Bir neçə gün əvvəl Adama etdiyi intizamsızlığa görə Şükürov tərəfindən ağır cəzalanıb.

Afrikalı forvard paltardəyişmə otağında komandaya yoldaşı Junior Martinsin üzərinə hücum çəkib. Sözləri çəp gəldiyindən, Niane bəstəboy braziliyalıya qol gücünü göstərmək həvəsinə düşüb.

Münaqişəni soyutmaq üçün Tural Rzayev araya girib və yumruqlardan biri də ona dəyib. Ətrafdakıların səyi nəticəsində dava-dalaşı aradan qaldırmaq mümkün olub.

Baş məşqçi dərhal qərar qəbul edib. Adama Niane geri qayıtmamaq şərt ilə təcili əsas komandadan uzaqlaşdırılmalı, üstəlik, 5000 manat cərimə olunmalıdır.

29 yaşlı futbolçu karyerası ərzində Fransanın yüksək dəstəsi hesab olunan Liqa-1-də “Nant”la “Trua”nın şərəfini qoruyub, Belçikada “Şarlerua” ilə “Ostanede”nin, İranda “Nassaji Mazandaran”ın uğurları üçün tər töküb.

O, “Kəpəz”in heyətində Premyer Liqada və Azərbaycan kubokunda meydana çıxdığı 14 oyunda vurduğu 6 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!