COP29

Gəncədəki futbolçularla davaya görə üç nəfər saxlanıldı - VİDEO

9 May 19:20 Qalmaqal 360
Gəncədəki futbolçularla davaya görə üç nəfər saxlanıldı - VİDEO

Sportinfo.az xəbər verir ki, mayın 8-də Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

DİN- Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “qafqazinfo”ya verdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinənlər — şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb.

Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Hadisə nəticəsində “Qəbələ”nin iki futbolçusu ciddi xəsarət almışdı.

Digər Xəbərlər
Xəbər Lenti