Azərbaycanda "qumar"a görə cəza alan futbolçu necə ilişib? - Vitse-prezidentin zəngi və…

22 Mart 14:25 Qalmaqal 1 408
Azərbaycanda "qumar"a görə cəza alan futbolçu necə ilişib? - Vitse-prezidentin zəngi və…

Martın 18-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi.

Toplantıda danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 5 futbolçu cəzalandırılıb:

«Qara siyahı»ya I və II Liqada çıxış edən futbolçular və funksioner daxildir. Belə ki, “Qusar”ın vitse-prezidenti, 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimələnib.

O, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib (maddə 105);I

I Liqada “Baku Sportinq”in formasını geyinən Vüqar Rəhimov da danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir.

Ona 1 illik sınaq müddəti təyin olunub (maddə 107.4, 32).

V.Rəhimovun cəzalanması E.Xudadatovla əlaqədardır. Redaksiyamıza məlum olub ki, onlar çoxdankı tanışdırlar.

Son günlərə kimi hər ikisi minifutbol üzrə ölkə çempionatında forma geyinib. «Qusar»ın vitse-prezidenti «Birbaşa Bakı»nın heyətində yer alıbsa, Rəhimov «Zirə»nin şərəfini qoruyub.

E.Xudadatov noyabrın əvvəlində telefon vasitəsilə V.Rəhimovla əlaqə saxlayıb.

O, ayın 7-də keçiriləcək «Baku Sportinq» - «Cəbrayıl» matçı ilə bağlı tanışına bəzi suallar verib. Rəhimov rəqibdən üstün olduqlarını və onlara böyük hesabla qalib gələcəklərini bildirib.

Nəticə Vüqarın dediyi kimi olub. Elman Soltanovun çalışdırdığı Buzovna təmsilçisi «Cəbrayıl»ı 4:1 hesabıyla darmadağın edib.

İnqilab Məmmədovun idarə elədiyi qarşılaşmada Məhəmməd Xəlilov dubla imza atıbsa (30, 51), Elməddin Hüseynzadə (62) və Qərib İbrahimov (65) hərəyə bir dəfə fərqlənib. Qarşı tərəfdən isə Tapdıq Əhmədov (59-pen) adını tabloya yazdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!